XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Sentyabr, 2017
Türkiyəli qonaqlar Muzeyi ziyarət etdilər
Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq xarici qonaqların diqqət mərkəzindədir. Belə ki, turkiyəli qonaqlar muzeyi ziyarət etmişlər. Türkiyənin Qeysəri şəhərində yerləşən Ərciyəs Universiteti ədəbiyyat fakultəsi sənət tarixi bölməsinin əməkdaşı – arxeoloq, dos.dr. Cəlil Arslan və Bakı Anadolu Türk Liseyinin əməkdaşları muzeydə olmuşlar. Türkiyəli qonaqlar muzeyin ekspozisiya zalları və şöbələri ilə tanış olmuş, xüsusilə muzeyin arxeoloqları ilə müzakirələr aparmışlar. Daha sonra qonaqlar muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşmüş və danışıqlar aparmışlar. Söhbət zamanı muzey ilə Ərciyəs Universiteti arasındakı gələcək əməkdaşlıq haqqında müzakirələr edilib. Bununla əlaqədar 2018-ci ildə baş tutacaq “Ənənəvi türk məzar daşları” konqresinin muzeydə keçirilməsi nəzərdə tutulub. Sonda qardaş Türkiyədən gələn qonaqlara muzeyin nəşrləri hədiyyə olunub.