XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Sentyabr, 2017
Muzey xarici turizm şirkətlərinin diqqət mərkəzindədir
Milli Azərbaycan Tarixi Muzeyi xarici qonaqları daim cəlb edir. Bu gün İran İslam Respublikasından gələn qonaqlar muzeydə olmuşlar. “Faridad Pars Arya” Turizm Agentliyinin daxili turlar üzrə meneceri Ali Hemmatzadeh və onu müşayiət edən şəxslər muzeyi ziyarət etmişlər. Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Zülfiyyə Cəlilova muzeyin ekspozisiya zallarında və H.Z.Tağıyevin ev muzeyində qonaqlara ekskursiya aparmış və onları maraqlandıran sualları ətraflı cavablandırmışdır. İranlı qonaqlar muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşovla da görüşüblər. Söhbət zamanı muzeylə gələcək əməkdaşlıq haqqında təkliflər irəli sürülmüş və bununla bağlı məsələlər müzakirə olunmuşdur. Daha sonra İrandan gələn qonaqlara muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə olunmuşdur və onlar bu ziyarətdən məmnun olduqlarını rəy kitabında qeyd etmişdirlər.