XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Sentyabr, 2017
Muzeydə növbəti İslam Həmrəyliyi tədbiri təşkil olunmuşdur
16.09.2017-ci il tarixində "Rasional Cəmiyyət Uğrunda" İctimai Birliyi Milli Azərbaycan Tarixi Muzeyində növbəti seminar təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbir "İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış" adlı layihə çərçivəsində baş tutmuşdur. Bakı şəhərinin bir sıra orta məktəblərinin şagirdləri seminarda iştirak etmişdir. Elmi maarif və ekskursiyalar şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən şagirdlər üçün muzeyin ekspozisiya zallarında ekskursiya aparılmışdır. Onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Tədbirin sonunda seminar iştirakçılarının hər birinə iştirak barədə sertifikatlar təqdim olunub.