XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Sentyabr, 2017
Muzeydə Həmkarlar Təşkilatının Yerli Komitəsinin iclası keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları elmi-kütləvi işlə yanaşı ictimai məsələlərlə də aktiv məşğul olurlar. Belə ki, muzeyin Həmkarlar Təşkilatının Yerli Komitəsinin (HTYK) iclası keçirilib. İclası muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq hamını salamladı. Sonra Muzeyin HTYK-nin 10 illik fəaliyyətinin hesabatı dinlənildi. Daha sonra muzeyin HTYK-nin yeni sədri və üzvlərini seçmək üçün akad. Nailə Vəlixanlı namizədlərin adlarını açıqladı. Tədbirin sonunda komissiya tərəfindən muzeyin Həmkarlar Təşkilatının yeni heyəti seçildi. Nailə xanım HTYK-nin yeni seçilmiş heyət üzvlərinə uğurlar dilədi və öz tövsiyyələrini verdi.