XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Sentyabr, 2017
Muzeyi pakistanlı qonaqlar ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq xarici qonaqların diqqət mərkəzindədir. Belə ki, Pakistan İslam Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti muzeyi ziyarət edib. Qonaqları Muzeyin Elmi-maarif və ekskursiyalar şöbəsinin müdiri, t.ü.f.d Bəxtiyar Sayılov qarşılayıb və onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Sonra həmin şöbənin əməkdaşı Sara Əhmədova ziyarətçilərə muzeyin ekspozisiya zallarında və H.Z.Tağıyevin xatirə muzeyində ekskursiya apardı. Pakistanlı qonaqlar Azərbaycan tarixinin əyani sübutu olan maddi mədəniyyət nümunələri ilə tanış oldular və onları maraqlandıran suallar ətraflı cavablandırıldı. Qonaqlar muzeydən xoş təəssüratla ayrıldılar.