XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Sentyabr, 2017
Muzey əməkdaşları AMEA-da beynəlxalq tədbirdə iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq beynəlxalq tədbirlərdə iştirak edirlər. Belə ki, AMEA-da keçirilən elmi-praktiki konfransda Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva və Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşları iştirak ediblər. Konfrans “Azərbaycan - Çin iqtisadi əməkdaşlığı” mövzusuna həsr olunmuşdur. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq konfransın əhəmiyyətindən və Azərbaycan - Çin əlaqələrindən danışdı. O, bildirdi ki, Azərbaycan - Çin əlaqələri qədim tarixi köklərə malikdir. Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə öz çıxışında Azərbaycan - Çin ictimai-siyasi, iqtisadi əlaqələrinin tarixindən danışaraq bunun ölkəmizin inkişafında böyük rol oynadığını bildirdi. Sonra konfrans çinli qonaqların çıxışı ilə davam etdi. Tədbirdə bu kimi beynəlxalq əlaqələrin gələcəkdə də davam etdirilməsi qərara alındı. Tədbirdən sonra Çinli qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin kitab stendiylə tanış olublar.