XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Sentyabr, 2017
Muzey əməkdaşı dəyirmi masada iştirak etmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq bölgələrdə maarifçilik və ictimai mövzulu tədbirlərdə iştirak edirlər. Belə ki, Muzeyin əməkdaşı Gülnar Mirzəyeva Tərtər rayonunda keçirilən dəyirmi masada iştirak və çıxış etmişdir. Tədbirin mövzusu “Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər” olmuşdur. G.Mirzəyeva Tərtər rayonu Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə çıxış etmiş, cəbhəyanı bölgələrin ictimai problemləri, həmrəylik və qadın maarifçiliyi mövzularının müzakirəsində iştirak etmişdir. Tədbirin sonunda Tərtər rayon Mədəniyyət Mərkəzində musiqili ədəbi-bədii hissə təqdim olunmuşdur.