XƏBƏRLƏR
22 Sentyabr, 2017
Muzey rəhbərliyi AMEA-da “dəyirmi masa”-da iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan-Çin əlaqələrinə həsr olunan “dəyirmi masa” keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Van Veyquanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər, AMEA-nın institut və müəssisə rəhbərləri iştirak ediblər. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov da tədbirdə iştirak ediblər.
Qonaqlara Akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə məlumat verən AMEA-nın prezidenti bildirib ki, 2015-ci ildə bu elm ocağının 70 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Alim vurğulayıb ki, bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet elmi istiqamətlərdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elmi mərkəzləri və ali məktəbləri ilə əməkdaşlıq əlaqələri qurulur.
Görüşdə Çin-Azərbaycan əlaqələrinin tarixindən söz açılıb, ölkələr arasında iqtisadi, siyasi, elmi və mədəni sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın bu gün də dinamik inkişaf etdiyi vurğulanıb. Hər iki ölkənin elmi mərkəzləri arasındakı mövcud münasibətlər və gələcək inkişaf prioritetləri müzakirə olunub.
Sonda akademik Akif Əlizadə qonaqlara xatirə hədiyyələri təqdim edib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...