XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Sentyabr, 2017
Muzey əməkdaşı kitab təqdimatında iştirak edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin (ali məktəblər üçün dərslik, Bakı, 2017, 416 səh.) təqdimat mərasimi keçirilib. Mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov da iştirak edib. O, dərsliyin həmmüəlliflərindən biri olub “Azərbaycan multikulturalizminin publisistik qaynaqları” (səh. 140-147) yarımfəslinin müəllifidir. Kitab Azərbaycan Dillər Universiteti Elmi Şurasının qərarı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunmuşdur. Əsərin elmi redaktorları akademik Kamal Abdulla və professor Etibar Nəcəfovdur.