XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Sentyabr, 2017
Muzeydə yeni HTYK-nin ilk iclası keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları elmi işlə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olurlar. Belə ki, muzeydə cari ildə yeni yaranmış Həmkarlar Təşkilatının Yerli Komitəsinin (HTYK) ilk yığıncağı keçirilib. Yığıncağın mövzusu Komitənin gələcək fəaliyyəti olub. Muzeydə işçilərin sosialyönümlü məsələləri, onların mənafeyinin qorunmasında, əmək və iqtisadi məsələlərdə HTYK üzvlərinin aktiv iştirakı və nəzərdə tutulan işlərin həyata keçirilməsi istiqamətində kütləvi tədbirlərin keçirilməsi müzakirə edilib. Təşkilatın üzvləri tərəfindən gündəlikdə qoyulan məsələlərlə bağlı təkliflər irəli sürülüb və qərar qəbul olunub.