XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Sentyabr, 2017
Muzey Kitab Sərgi-Yarmarkasında iştirak edir
Milli Azərbaycan Tarixi Muzeyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil edilən sərgi-yarmarka Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) keçirilir. Üç gün keçirilən kitab sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin nəfis tərtibatlı nəşrləri – muzeyin incilərindən ibarət kataloq, broşür, buklet, elmi məqalələr toplusu və s. kitablar nümayiş olunur. Onu da qeyd edək ki, maraqlanan oxucular kitabları endirimli qyimətlərlə əldə edə bilərlər. Sərgi-yarmarka 28-30 sentyabr tarixlərində fəaliyyət göstərəcək.