XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Sentyabr, 2017
Muzeydə “Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur
Bu günlərdə “Sağlam Həyata Dəvət” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı layihə çərçivəsində həmin mövzu üzrə silsilə şəklində təşkil olunan növbəti maarifləndirici seminarlar təşkil olunmuşdur. Tədbirlərdə Bakı şəhərinin bir sıra orta məktəbləri, o cümlədən BSU MLK, 114, 14, 238 saylı orta məktəblərin şagirdləri iştirak etmişdir. -Layihənin əsas məqsədi son illərdə dünyanın bir çox nöqtələrində, o cümlədən Azərbaycanda baş verən hərbi münaqişələr və ölkəmizin 20% torpaqlarının işğalı nəticəsində törədilən ekoloji terror,ekoloji tarazlığın pozulması, ekoloji genosid (ekosid) halları haqqında məlumatların yayılması, hərbi münaqişələrin təbiətə və planetimizin sakinlərinə vurduğu ziyan barədə məktəblilərin məlumatlandırılması. Eyni zamanda şagirdlərin ekoloji məsələlər haqqında maarifləndirilməsi, bütün dünyanın qarşılaşdığı ən vacib qlobal məsələlərdən biri olan ekoloji tarazlığın pozulması, ekologiyanın çirklənməsi probleminə inteqrasiyası və ekologiyanın mühafizəsinə dair işlərlə yanaşı sülh uğrunda mübarizəyə cəlb olunması. Layihə rəhbəri Ü.Xudiyeva öz çıxışında belə bir vacib məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, eyni zamanda tədbirin Milli Azərbaycan Tarixi Muzeyində təşkilinə şərait yaradan Müzey rəhbərliyinə öz təşəkkürünü bildirib. Seminarda iştirak edən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, zəbt olunmuş torpaqlarımızda müharəbə nəticəsində mövcud olan problemlərə məktəblilərin inteqrasiyası və ekologiyanın mühafizəsinə dair işlərə cəlb olunmasını yüksək qiymətləndirmişdir. Tədbir çərçivəsində mövzu ətrafında kiçik sorğu, eyni zamanda müzakirələr aparılıb, layihə çərçivəsində nəşr olunmuş bukletlər paylanıb. Eyni zamanda məktəblilər layihə çərçivəsində elan olunan əl işləri və rəsm sərgilərində iştirak etməyə dəvət olunublar. Tədbirin ikinci hissəsi Milli Azərbaycan Tarix Muzeyində ekskursiya ilə davam etmiş, eyni zamanda bir qrup şagirdlər üçün Ekoloji Parka ekskursiya təşkil olunmuşdur.