XƏBƏRLƏR
28 Sentyabr, 2017
Muzeyin nəşrləri əcnəbilərin diqqət mərkəzində
28 sentyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi V Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı oldu. Bakı İdman Sarayında keçirilən sərginin təşkilinin əsas məqsədi ölkədə kitab və oxuma maraqlarının artırılması, Azərbaycanın kitab mədəniyyətini ölkəmizdə təqdim və təbliğ etməkdir.
Milli Azərbaycan Tarixi Muzeyi də bu sərgidə öz nəfis tərtibatlı nəşrləri (kataloq, buklet, broşür və elmi məqalələr toplusu) ilə iştirak edir.
Muzeyin sərgidə nümayiş etdirdiyi maraqlı nəşrlər xarici və yerli kitabsevərlərin diqqətini çəkmişdir. Sərgini ziyarət edənlər arasında kitabxana işçiləri, kolleksionerlər və Azərbaycan Respublikası Milli Məclisinin deputatları muzeyin nəşrləri ilə xüsusi tanış olublar. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Rusiya Federasiyası və b. ölkələrin kitabsevər kolleksionerləri Azərbaycan tarixinin, mədəniyyətinin maddi-mənəvi incilərindən ibarət muzeyin kataloqları və digər nəşrləri ilə maraqlanıb, bir neçəsini məmnunluqla əldə ediblər.
Qeyd edək ki, muzeyin satışa qoyulan nəşrləri xüsusi endirimlə satılır.
Kitabsevərlərin, Azərbaycan tarixi ilə maraqlanan oxucuların nəzərinə çatdırırıq ki, kitab sərgisi 2017-ci il 30 sentyabradək davam edəcək. Bütün muzeysevərləri və gənc tədqiqatçı tarixçiləri sərgiyə dəvət edirik.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...