XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Sentyabr, 2017
Professor Ə.M.Rəcəbliyə həsr olunmuş elmi sessiya keçiriləcək
Bu il AMEA Milli Azərbaycan Tarixi Muzeyinin qocaman əməkdaşı, görkəmli tarixçi-alim, numizmat, tarix üzrə elmlər doktoru professor Əli Məhəmməd oğlu Rəcəblinin 90 yaşı tamam olub. Ə.M. Rəcəbli yarıməsirlik ömrünü muzey işinə və Azərbaycan numizmatikasının öyrənilməsinə həsr etmişdir. O, muzeyin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı, respublikada diyarşünaslıq işinin təşkili sahəsində də xüsusi yeri olan aparıcı muzey işçisidir. Məhz onun səyləri nəticəsində mühafizi olduğu və 150 mindən çox sikkə və digər maddi mədəniyyət abidəsinin saxlanildığı muzeyin Numizmatika fondu Azərbaycanın yeganə və zəngin sikkə xəzinəsi, numizmatik tədqiqatlar mərkəzi kimi şöhrət tapmışdır. Oktyabrın 3-ü, saat 15.00-da muzeydə professor Ə.M.Rəcəblinin 90 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək.