XƏBƏRLƏR
29 Sentyabr, 2017
Muzeydə Aida xanım İmanquliyevanın yaradıcılığına həsr olunmuş seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyi ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə muzeydə növbəti tədbir təşkil olunmuşdur.
“Şərqşünas Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusundakı seminarda BDU Şərqşünaslıq fakültəsinin, Azərbaycan Maliyyə-İqtisad Kollecinin və müxtəlif universitetlərin tələbələri iştirak etmişdir.
Seminarda muzeyin elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva, Bilik Fondunun sektor müdiri Hacı Abdulla Nəriman oğlu, BDU Şərqşünaslıq fakültəsinin dekan müavini Hüseyn Sadıqov, muzeyin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov, “Tərəf.info” saytının redaktoru Kəmalə Müslümqızı, müstəqil tədqiqatçı-tərcüməçi Ramazan Əsgərli çıxış etmişdirlər.
Məruzəçilər öz çıxışlarında Azərbaycan - ərəb ədəbi, fəlsəfi-mədəni əlaqələrinin tədqiqində şərqşünas Aida xanım İmanquliyevanın rolu və yaradıcılığı haqqında dinləyicilərə məlumat vermişdirlər.
Tədbiri giriş sözü ilə t.ü.e.d. N.Əliyeva açmış, daha sonra Hacı Abdulla Nəriman oğlu Bilik Fondunun multikulturalizm və islam həmrəyliyi mövzularında keçirdiyi tədbirlər haqqında məlumat vermişdir. Aida xanım İmanquliyevanın yaradıcılığı və livanlı ərəb mütəfəkkiri Cübran Xəlil Cübran haqqında t.ü.f.d. Ə.Fərhadov, Cübran Xəlil Cübranın yaradıcılığında din mövzusu haqqında R.Əsgərli, azərbaycanlı şairə, qadın azadlığının carçısı Tahirə Qürrətüleyn haqqında K.Müslümqızı ətraflı çıxış etmişdirlər.
Sonda iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...