XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Aprel, 2016
Multikulturalizm mövzusunda növbəti seminar keçiriləcəkdir

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində orta məktəb şagirdləri və tələbələr üçün multikulturalizm mövzusunda növbəti seminar keçiriləcəkdir.


     Seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov “Dünya ölkələrində multikulturalizm modelləri” mövzusu üzrə  “Multikulturalizm tendensiyası” adlı məruzə ilə cıxış edəcəkdir. Seminarda multikulturalizmin fəlsəfi əsasları, yaradılma əsasları, Qərb və Azərbaycan ölkələrində multikulturalizmin müqayisəli təhlili ortaya qoyulacaqdır.

        Tədbir 18 aprel saat 12:00-da Milli Azərbaycan Tarixi Muzeyinin 1-ci mərtəbəsində Konfrans zalında keçiriləcəkdir.