XƏBƏRLƏR
02 Oktyabr, 2017
Muzey fondu yeni arxeoloji materiallarla zənginləşib
Milli Azərbaycan Tarixi Muzeyi mədəni-tarixi irsimizin tədqiqini, təbliğini və mühafizəsini həyata keçirən elmi-tədqiqat müəssisəsi olaraq əvvəlki illərdə olduğu kimi, bu son zamanlarda da fondlarını zənginləşdirmək məqsədilə maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirmişdir. Qəbul edilmiş maddi mədəniyyət nümunələri arasında 104 ədəd arxeoloji, 1 ədəd təsadüfi tapıntı da var. Bunlar 2017-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk orta əsrlər arxeologiyası şöbəsinin əməkdaşları, t.ü.e.d. Qafar Cəbiyevin rəhbərliyi altında və t.ü.f.d. Elmira Abbasovanın iştirakı ilə Şamaxı rayonu, Dəmirçi kəndi yaxınlığındakı nekropolda aparılmış arxeoloji qazıntının tapıntılarıdır. Təhvil verilmiş tapıntıların hamısı qəbir avadanlığıdır. Tapıntılar məişət avadanlığından - mətbəx və süfrə qablarından, metal bəzək nümunələrindən, müxtəlif tərkibli muncuq düzümlərindən, eləcə də hərb işində istifadə olunmuş dəmir qılınc və xəncər tiyələrindən ibarətdir. Saxlanma vəziyyətlərinə görə tapıntıların bir qismi bütöv və əla, digər qismi isə sınıq, natamam və kafi vəziyyətdədir. Arxeologiya fondunun müdiri, t.ü.f.d. Nasir Quluzadənin sözlərinə görə bu tapıntıların bəzi oxşar nümunələri Arxeologiya fondunda qorunur. Tapıntıların dövrünə gəldikdə isə, yeni qəbul edilmiş bu tapıntılar antik dövrə aid olması ehtimal edilmişdir. Yeni arxeoloji tapıntılar Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə dulusçuluq, bədii metalişləmə sənətinin inkişaf səviyyəsi, eləcə də hərb sənəti haqqında dolğun təssəvvür yaradır. Bununla belə bu tapıntılar Qafqaz Albaniyası əhalisinin dəfn adətlərini, məişətini, əlaqələrini və bədii zövqünü özündə əks etdirən məxəz kimi də çox dəyərlidirlər.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...