XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Oktyabr, 2017
Milli Azərbaycan Tarixi Muzeyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının fəal iştirakçısı kimi diploma laiq görülüb
Sentyabrın 28-30-dа Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Milli Azərbaycan Tarixi Muzeyinin güşəsi oxucuların marağına səbəb olmuşdur. Sərgi- yarmarkada təqdim olunan Muzeyin nəşrləri - kataloqlar, monoqrafiyalar, məqalələr topluları, bukletlər, broşürları həm alimlər, həm də Azərbaycanın tarixi və mədəniyyəti ilə maraqlanan şəxslər tərəfindən alınmışdır. Milli Azərbaycan Tarixi Muzeyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının fəal iştirakçısı kimi diploma laiq görüldü.