XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Oktyabr, 2017
Muzey Xarici turizm portalının diqqət mərkəzində
Milli Azərbaycan Tarixi Muzeyi son zamanlar əcnəbi turistlərin ən çox baş çəkldiyi məkanlardandır. Bu baxımdan Muzey xarici informasiya orqanlarının da diqqət mərkəzindədir. Xəbər verdiyimiz kimi yaxın günlərdə İran İslam Respublikasından gələn qonaqlar muzeydə olmuşdular. “Faridad Pars Arya” Turizm Agentliyinin daxili turlar üzrə meneceri Ali Hemmatzadeh və onu müşayiət edən şəxslər muzeyi ziyarət etmişdilər. Bu yaxınlarda İran İslam Respublikasının “Gasht Padena” adlı turizm portalında Ali Hemmatzadehin “Baku: şəhri-eşq” (“Bakı: eşq şəhəri”) adlı adlı məqaləsində Milli Azərbaycan Tarixi Muzeyi haqqında məlumat verilmişdir. Muzeyin binasının tarixçəsi, onun tikilməsində, həmçinin Azərbaycan mədəniyyətinin inkişafında görkəmli xeyriyyəçi H.Z.Tağıyevin rolu, Muzeyin ekspozisiyası, H.Z.Tağıyevin xatirə muzeyi haqqında verilmiş məlumat müəllif tərəfindən çəkilmiş fotoşəkillərlə müşaiyət olunur. Milli Azərbaycan Tarixi Muzeyini təbliğ etdiyinə görə Ali Hemmatzadehə və onun məqaləsini yayınlayan “Gasht Padena” adlı turizm portalına Muzey kollektivi adından təşəkkür edirik. Məqaləyə keçid: http://www.gasht.padenanet.ir/?p=4127