XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Oktyabr, 2017
Muzey əməkdaşları mükafatlandırılmışdır
Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının elmi nailiyyətləri respublikamızdan kənarda da yüksək qiymətləndirilir. Belə ki, muzeyin Elmi-fond işləri üzrə direktor müavini – baş mühafiz, t.ü.f.d. Məhfuzə Zeynalova və muzeyin birinci dərəcəli bərpaçı-rəssamı Gülşən Hacıyeva təcrübəli, peşəkar, məsuliyyətli fəaliyyətlərinə, mədəni irsin qorunması işində yüksək xidmətlərinə görə Sankt-Peterburq “Karl Faberje” Memorial Fondu tərəfindən orden və medal ilə mükafatlandırılmışlar. M.Zeynalova Azərbaycan Respublikasında tarix elminin inkişafı, muzey və elmi fəaliyyətində xüsusi xidmətlərinə görə “Karl Faberje” adına ordenlə təltif olunmuşdur. G.Hacıyeva isə incəsənət və sənətşünaslıq sahəsində bədii tərtibat üzrə xüsusi restavrasiya xidmətlərinə görə “Baş usta” adına layiq görülmüş, “Frans Birbaum” və “Karl Faberje” ordenləri ilə təltif olunmuşdur. Qeyd edək ki, Azərbaycan Respublikasında bu ali mükafatlar ilk olaraq tarixçi alim M.Zeynalovaya və bərpaçı - rəssam G.Hacıyevaya təqdim edilmişdir. Muzey kollektivi adından əməkdaşlarımızı təbrik edir, yeni nailiyyətlər arzu edirik.