XƏBƏRLƏR
13 Oktyabr, 2017
İctimai Elmlər Bölməsinin iclasında Zəngəzurun Ermənistana verilməsi tarixindən bəhs olunub
Oktyabrın 13-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi. İclasda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Muzeyin Elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “Azərbaycanın qədim torpağı – Zəngəzurun Qərbi Ermənistana verilməsi tarixindən” mövzusunda məruzəsini təqdim edib. Alim çıxışında Zəngəzurun tarixindən, bu mahalın Azərbaycan türklərinin əzəli yurd yerlərindən biri olmasından, 96 il əvvəl xalqımızın iradəsi əleyhinə olaraq mahalın 6742 kvadrat verstlik ərazisinin çox hissəsinin zorla qoparılıb Ermənistana birləşdirilməsindən tarixi fakt və sənədlərlə bəhs edib. Məlumat verilib ki, Zəngəzurun faciəsi XVIII əsrin sonu - XIX əsrin əvvələrindən, 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanmasından sonra İran ermənilərinin bu torpaqlarda yerləşdirilməsi ilə başlanmışdır. Zəngəzurla birlikdə, İrəvan, Göyçə, Vedibasar və digər tarixi yurd yerlərimiz də ermənilərə verilmişdir.
Məruzə ətrafında akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Musa Qasımlı və başqaları çıxış edərək ermənilərin bir əsrdən çox müddətdə müxtəlif bölgələrdə törətdikləri soyqırımların, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaratdıqları uydurmaların əsl mahiyyətindən bəhs ediblər.
İclasda, həmçinin akademik Cəmil Quliyevin 90, AMEA-nın müxbir üzvü Arif Abbasovun 80, tarix üzrə elmlər doktoru Əli Rəcəblinin 90 illik yubileylərinin keçirilməsi, İEB-in bürosunun yeni tərkibinin, Qafqazşünaslıq İnstitutunun yeni Elmi Şurasının təsdiq edilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda bir sıra kadr məsələlərinə baxılıb.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...