XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Oktyabr, 2017
Muzeyin incisi - Meysəri bilərziyi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin maddi-mədəniyyət nümunələri arasında təsadüfi tapıntılar kolleksiyasının özünəməxsus yeri vardır. Bu tapıntılar Muzeyin ekspozisiyasını zənginləşdirməklə, xalqımızın çox əsrlik maddi mədəni irsi haqqında dolğun təsəvvür formalaşdırır. Belə əşyavi mənbələrdən biri də 2011-ci ildə təsadüf nəticəsində Şamaxı rayonunun Meysəri kəndindən tapılmış, elə həmin ildə də Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş tunc bilərzikdir. Bilərziyin saxlanma vəziyyəti tam olub II-IV əsrlərə aiddir. Bu qiymətli antik əşya metal tökmə və digər texniki üsullarla hazırlanmış və məişətdə bəzək vasitəsi kimi istifadə olunmuşdur. Ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyasında bərpa olunmuş və əvvəlki görkəminə qaytarılmışdır. Qeyd edək ki, bu antik zərgərlik məmulatı Muzeydə təşkil olunacaq “Azərbaycan Şirvanşahlar dövləti IX-X əsrlərdə” adlı sərgidə nümayiş olunacaq.