XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Oktyabr, 2017
Harvard Universitetinin sənətşünas alimi Muzeyi ziyarət edib
Azərbaycanın islam mədəniyyəti daim xarici qonaqların diqqət mərkəzindədir. Belə ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu ilə əlaqədar ölkəmizdə səfərdə olan sənətşünas alim, İslam tekstili üzrə ekspert (Boston İncəsənət Muzeyinin İslam incəsənəti departamentinin eksperti və Harvard Universitetinin müəllimi) Jeff Spurr Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. İslam və Yaxın Şərq tekstili üzrə mütəxəssis Muzeyin Etnoqrafiya fondunda olmuş və fondun eksponatları ilə yaxından tanış olmuşdur. O, Azərbaycanda toxuculuq sənəti ilə maraqlanmış və tədqiqat sahəsinin əsasını təşkil edən tirmə kolleksiyaları haqqında məlumat toplamışdır. Qonaq Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşları ilə bu sahədəki təcrübələrini bölüşmüş və öz tövsiyyələrini vermişdir. Fondda qorunan xalça məmulatları, xüsusilə tirmə növləri sənətşünas alimin xüsusu marağına səbəb olub.