XƏBƏRLƏR
17 Oktyabr, 2017
“Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) adlı beynəlxalq konfrans işə başlayıb
Cari ilin 16-17 oktyabr tarixlərində AMEA-nın Əsas binasında bu qurumun Rəyasət Heyəti, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfrans üç - “Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı”, “Müasir Şərq ölkələrində ictimai və siyasi proseslər” və “Şərq xalqlarının ictimai, fəlsəfi və dini fikir məsələləri” bölməsi üzrə işini Milli Azərbaycan Tarixi Muzeyində davam etdirib. Tədbiri Muzeyin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə açaraq qonaqları salamlayıb. N.Vəlixanlı görkəmli şərqşünas Z.Bünyadovun həyat və yaradıcılığından bəhs edərək onunla bağlı xatirələrini bölüşüb.
Ziya Bünyadov həm də Şərq dillərinin bilicisi kimi gözəl tərcüməçi idi. Onun əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və dünyanın bir sıra başqa ölkələrində nəşr olunmuşdur. O, dünyanın bir sıra alimlərinin əsərlərini ingilis, ərəb, rus və türk dillərindən tərcümə etmişdir. Görkəmli alim həyatının son illərində Tacəddin əs-Salmaninin “Tarixnamə”, V.V.Bartoldun “Xəzəryanı vilayətlərin müsəlman aləmində yeri” əsərlərini tərcümə edib. Xüsusilə qeyd etməliyik ki, akademik Z.Bünyadovun ən yaddaqalan töhfələrindən biri də professor Vasim Məmmədəliyevlə birgə “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etməsidir.
Konfransda bölmələr üzrə Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Rusiyanın Dağıstan Respublikası və Özbəkistan Respublikasının şərqşünas və tarixçi alimləri mühazirələrini təqdim etmiş və dinləyicilərin suallarını cavablandırmışlar. Əhəmiyyətli müzakirələr şəklində keçən konfransın iştirakçıları sonda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə də tanış oldular.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...