XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Oktyabr, 2017
Muzeydə növbəti mühazirə təşkil edilmişdir
Muzeydə mühazirə təşkil edilmişdir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin 202-ci qrupun II kurs tələbələri Muzeydə keçirilən mühazirədə iştirak ediblər. “Tarix fənninin başqa fənlərə inteqrasiyası” layihəsi cərçivəsində “Həndəsənin eksponatlarlarda yeri” adlı mühazirə Muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tərəfindən oxunmuşdur. Muhazirədə həndəsənin eksponatların formasında, onların səthlərində işlənilmiş ornamentlərdə oynadığı roldan əhatəli olaraq danışılmışdır. Muhazirədə əsas məqsəd humanitar fənlərin dəqiq fənlərə və ya əksinə, dəqiq fənlərin humanitar fənlərə inteqrasiyası Muzey eksponatları əsasında əyani olaraq tələbələrə çatdırılmışdır. Muzeydə bənzər mühazirələrin digər universitet tələbələri üçün də davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur.