XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Oktyabr, 2017
Muzey əməkdaşları V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunda iştirak ediblər
Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı oldu. Simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - “Xarici əlaqələr və elmi kütləvi iş” şöbəsinin aparıcı elmi işçisi, mem.ü.f.d. Nardanə Yusifova, Bərpa laboratoriyasının xalca üzrə bərpaçı rəssamlar - Qənirə Məmmədova və Gülnarə Məmmədova, parça üzrə bərpaçı rəssam İlhamə Rəhimova və Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi işçisi Sevinc Nəsirova iştirak etdilər. Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilmişdir. Tədbirin keçirilməsində məqsəd - Azərbaycan xalça sənətinə göstərilən dövlət qayğısından bəhs etmək və ölkəmizdə müasir Xalça Muzeyinin yaradılmasının əhəmiyyətini dünya miqyasında tanıtmaq idi. Simpozium oktyabrın 21-dək davam edəcək.