XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Oktyabr, 2017
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “dəyirmi masa” kecirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq muzey xarici maarifləndirici tədbirlərdə iştirak edirlər. Belə ki, 20 oktyabr 2017-ci ildə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən “dəyirmi masa”da Milli Azərbaycan Tarixi Muzeyinin “Xarici əlaqələr və elmi kütləvi iş” şöbəsinin aparıcı elmi işçisi, mem.ü.f.d. Nardanə Yusifova çıxış etmişdir. Tədbir “Bizi duyun” layihəsi çərcivəsində Milli Azərbaycan Tarixi Muzeyində 3 noyabrda başlayacaq “Duyaq-yaşadaq” adlı sərgiyə hazırlıq zəminində təşkil edilmişdir. Disskusiya şəklində aparılan bu görüşdə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Nəsrətova, direktor müavini Vüqar Behbudov, qonaq qismində “Dövlət və Qanun ” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı və başqaları iştirak etdilər. Sonda sağlamlıq imkanları məhdud gənclərin sualları N.Yusifova tərəfindən cavablandırıldı.