XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Oktyabr, 2017
Muzeydə növbəti elmi seminar keçirilmişdir
AMEA Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsini rəhbər tutaraq il ərzində silsilə tədbirlərin həyata keçirilməsinə qərar vermişdir. Bu baxımdan 23.10.2017-ci il tarixdə Muzeyin Arxeologiya elmi fond şöbəsinin təşkilatçılığı ilə “İslam intibahı dövründə Azərbaycanın maddi və mənəvi mədəniyyəti” mövzusunda təşkil olunmuş elmi seminar həmin tədbirlərin tərkib hissəsi idi. Tədbiri giriş sözü ilə açan Muzeyin Elmi İşlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevə mövzunun aktuallığından, elmi seminarın əhəmiyyətindən danışdı. Daha sonra Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədov «İslam dünyasının intibahı: elm, memarlıq, incəsənəti» geniş məruzə ilə çıxış etdi. Elmi seminarda t.ü.f.d. Nasir Quluzadə, t.ü.f.d. Tural Şiriyev, t.ü.f.d. Sevinc Vahabova, t.ü.f.d. Zərifə Dulayeva, Aidə İsmayılova və digərləri mövzu ətrafında çıxış etdilər. Tədbirdə muzey əməkdaşları və “Gənc muzeyşünaslar və muzeysevərlər” iştirak edirdi.