XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Oktyabr, 2017
Muzeyin 100 illiyi ilə bağlı hazırlıq işlərinə start verildi
Milli Azərbaycan Tarixi Muzeyin 100 lliyi ilə bağlı (2020-ci il) Muzey tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Muzeyin rəhbərliyi, şöbə və fond müdirləri, həmçinin elmi işçilərin iştirakı ilə keçirilən iclasda 2018-2020-ci illər ərzində Muzeyin daimi ekspozisiyasının təkminləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək yubiley ərəfəsində Muzey qarşısında dayanan vəzifələr barədə danışmış, hazırlıq tədbirlərinin məqsəd və vəzifələrini açıqlamışdır. Daha sonar daimi ekspozisiyanın təkminləşdirilməsi üzrə işçi qrupu təşkil edilmişdir. Qrupun rəhbəri təyin olunmuş t.ü.f.d. Səbuhi Əhmədov qarşıda dayanan məsələlərdən danışmış, iş bölgüsü aparılmışdır. Daimi ekspozisiyanın təkminləşdirilməsi 2008-2017-ci- illər ərzində Muzeyə daxil olmuş yeni eksponatlar hesabına, Vətən tarixşünaslığının son nailiyyətləri nəzərə alınmaqla müasir muzeyşünaslıq tələblərinə uyğun olaraq həyata keçiriləcək.