XƏBƏRLƏR
27 Oktyabr, 2017
Muzeydə “Azərbaycanın multikultural mədəniyyət tarixindən” mövzusunda seminar keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Bilik Fondunun dəstəyilə növbəti seminar baş tutdu. 27 oktyabr 2017-ci il tarixində saat 11.00-da təşkil edilən seminar “Azərbaycanın multikultural mədəniyyət tarixindən” mövzusunda keçirildi. Tədbirdə Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik, Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm ETL-nin əməkdaşları, Muzey əməkdaşları, ADU tələbələri və H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri iştirak etdi.
Tədbiri giriş sözü ilə Muzeyin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov açdı və qeyd etdi ki, cənab prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq multikulturalizm və İslam həmrəyliyi mövzusunda muzeydə mütəmadi tədbirlər keçirilir. Bu tədbirlər gənclərin maariflənməsi üçün böyük əhəmiyyətə malikdir. Daha sonra o, “Azərbaycanın multikultural modeli” mövzusunda məruzə etdi və tarix boyu ölkəmizdə yaşayan müxtəlif xalqların, fərqli din mənsublarının qardaşcasına birlikdə yaşadığını və bunun xalqımızın bir həyat tərzi olduğunu bildirdi.
Daha sonra Alban-Udi xristian dini icmasının sədri Robert Mobiliyə söz verildi. R.Mobili “Azərbaycanda udi mədəniyyəti və Alban (Qafqaz) kilsəsinin bərpası tarixindən” mövzusunda çıxış etdi. O, Azərbaycanda xristianlığın qədim tarixə malik olduğunu və Alban-Udi xristian dini icmasının da dövlətimizin qayğısı ilə tam fəaliyyət göstərdiyini bildirdi.
Sonra Roma Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik çıxış etdi və Azərbaycan Respublikasının multikultural siyasəti nəticəsində müxtəlif dini icmaların birlikdə mehriban yaşadığını, bunun dünya ölkələri üçün bir nümunə olduğunu göstərdi.
Tədbirin sonunda iştirakçıların sualları natiqlər tərəfindən ətraflı cavablandırıldı. Bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyi qeyd olundu.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...