XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Oktyabr, 2017
Muzey işi ilə bağlı növbəti mühazirə
Xəzər universitetinin “Tarix müəllimliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələri Milli Azərbaycan Tarixi Muzeyində fond işinin təşkili haqqında mühazirə dinləmişlər. Mühazirə “Milli Azərbaycan Tarixi Muzeyində fond işinin təşkili və əhəmiyyəti” mövzusunda keçirilmişdir. Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə tərəfindən oxunan və slaydlarla müşayiət olunan mühazirə tələbələr tərəfindən maraqla dinlənilmişdir. Mühazirədə Arxeologiya fondunda mühafizə edilən kolleksiyaların tərkibi, arxeoloji materialların inventarizasiyası və pasportlaşdırılması, saxlanc yerlərinin tipləri, sanitar təmizləmə işlərinin əhəmiyyəti haqqında danışılmışdır. Həmçinin təhlükəsizlik sistemlərinin vəziyyəti, texniki avadanlıq və qurğuların iş prinsipi, restavrasiya və konservasiya işlərinin gedişi haqqında geniş məlumat verilmişdir. Sonda tələbələrə Arxeologiya fondu ilə əyani tanışlıq üçün ekskursiya təşkil edilmişdir.