XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 Oktyabr, 2017
Muzeydə müşavirə keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində muzeyin yaranmasının 100 illik yubileyi ilə bağlı müşavirə keçirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının sədrliyi ilə keçirilən müşavirə 2020-ci ildə təşkil olunacaq tədbirlərin keçirilməsi və ekspozisiyanın yenilənməsi məsələlərinə həsr olunub. İclasda nəşr olunacaq kitabların, kataloqların planı, muzey haqqında filmin çəkilməsi, muzeyin veb saytının yeni versiyasının hazırlanması və başqa mühüm məsələlər müzakirə olunub. Müşavirədə yekun nitqini söyləyən Nailə xanım nəzərdə tutulan tədbirlər planını iclas iştirakçılarının nəzərinə çatdırıb və müvafiq tapşırıqlarını verib.