XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Noyabr, 2017
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı İctimai TV “Yeni gün” verilişinə müsahibə verib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı İctimai TV “Yeni gün” verilişinin qonağı olub. Tarixçi alim öz müsahibəsində 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətə başlamasının 100 illik yubileyinin qeyd olunacağından bəhs edib. Nailə xanım bildirib ki, bu məqsədlə muzeydə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. O, yubiley ərəfəsində qarşıda duran elmi və elmi-kütləvi vəzifələr barədə danışıb, hazırlıq tədbirlərinin məqsəd və vəzifələrini açıqlayıb. Alim, həmçinin muzeyin daimi ekspozisiyasının bu məqsədlə təkmilləşdirilməsinin nəzərdə tutulduğunu da qeyd edib.