XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Noyabr, 2017
Muzey əməkdaşları AMEA-da keçirilən elmi sessiyaya qatılıblar
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları muzey xarici keçirilən maarifləndirici tədbirlərdə daim iştirak edirlər. Belə ki, noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq” mövzusunda elmi sessiya keçirilib. Tədbirdə AMEA, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondunun əməkdaşları ilə yanaşı Muzeyin əməkdaşları – t.ü.f.d. Bəhman Kərimov, t.ü.f.d. Fuad Ağayev və t.ü.f.d. Əli Fərhadov da iştirak ediblər. Elmi sessiyada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov və digərləri məruzə ilə çıxış ediblər. Bildirilib ki, cənab Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm İli” elan edilməsi böyük ictimai-siyasi, mədəni əhəmiyyətə malikdir. İl ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycan Respublikasında multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə və tolerantlıq mühitinin möhkəmləndirilməsinə xidmət edir. Tədbirin sonunda iştirakçıların sualları natiqlər tərəfindən cavablandırılıb.