XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Noyabr, 2017
Muzeyin eksponatı bərpa olunub
Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları mütəmadi olaraq ehtiyac olduğu təqdirdə bərpa edilir. Belə eksponatlardan biri də bir cüt dirsəklik dəstidir. XVI-XVII əsrlərə aid olub dəmirdəndir, dairəvi formadadır. Şiş ucluqları mis pərçimlərlə bərkidilib. Üzərində kartuşlarda nəbatı naxışlar və ərəbcə yazılar var: “Ya Əli, ya ğərib Hüseyn”. Muzeyin Silahlar və Bayraqlar Fondunda mühafizə olunan bu dirsəklik dəsti bərpa məqsədilə Bərpa Laboratoriyasına təqdim edilmişdir. Eksponat muzeyə daxil olarkən üzəri nazik pas təbəqəsi ilə örtülmüşdü. Bərpaçı rəssam Tural Nəbiyev tərəfindən mexaniki və kimyəvi üsullar tətbiq edilməklə eksponat konservasiya edilmiş, üzəri qoruyucu təbəqə ilə örtülmüşdür. Bərpa edilən dirsəklik dəsti yenidən Silahlar və Bayraqlar Fonduna təhvil verilmişdir.