Muzeyi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının əsgərləri ziyarət ediblər.
Bələdçi FHN Mülki Müdafiə qoşunlarının müxtəlif bölgələrindən olan 70-ə yaxın əsgərinə ekskursiya apardı və əsgərlərimizə tariximizin bütün dövrlərinə məxsus eksponatlar haqqında geniş məlumat verdi. Azərbaycan tarixinin əsas məqamları, xüsusilə soyqırım bölməsi əsgərlərdə daha çox maraq yaratmış və onların sualları ətraflı cavablandırılmışdır.
Azərbaycan tarixinin təbliği, tanıdılması, tariximizin qanlı səhifəsi olan Azərbaycan soyqırımını bütün dünyaya çatdırılmasında vacib missiyanı yerinə yetirən Milli Azərbaycan Tarixi Muzeyi bu gün də, bu işi məsuliyyətlə həyata keçirir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.