XƏBƏRLƏR
03 Noyabr, 2017
Milli Azərbaycan Tarixi Muzeyində “Duyğularımızın rəngi” adlı sərginin açılışı olub
AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənclərin əl işlərindən ibarət sərginin açılış mərasimi olmuşdur. “3 dekabr - Beynəlxalq Əlillər günü”nə həsr olunmuş “Duyğularımın rəngi” adlı sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə keçirilir. Tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud istedadlı gənclərə dəstək olmaq və onların müxtəlif sənət sahələrini əks etdirən əl işlərini ictimaiyyətə təqdim etməkdir.
Sərgidə 28 yaradıcı gəncin 100-dən çox əl işləri nümayiş olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova sağlamlıq imkanları məhdud gəncləri Muzeyin elmi-ekspozisiyası ilə yaxından tanış etdi və onları maraqlandıran sualları ətraflı cavablandırdı.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və başqa müvafiq qurumların səlahiyyətli nümayəndələri iştirak etmişlər.
Tədbiri, giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı və çıxışında bildirdi ki, sağlamlıq imkanları məhdud gənclərə dövlətimiz tərəfindən hərtərəfli qayğı göstərilir. Biz də öz tərəfimizdən sağlamlıq imkanları məhdud yaradıcı gənclərimizə əlimizdən gələn dəstəyi göstərməyə çalışırıq. Bu, bizim mənəvi borcumuzdur. Tədbirin muzeydə keçirilməsi sevindirici haldır. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi, sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq imkanlarının əyani olaraq cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə çıxış edərək qeyd etdi ki, bu gün ölkəmizdə əlilliyi olan gənclər daim diqqət mərkəzindədirlər. Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən bu tədbirin keçirilməsi təqdirəlayiq haldır. Muzeyin təşəbbüsü ilə təşkil olunan bu sərgi, sağlamlıq imkanları məhdud gənclərin istedadlarının üzə çıxarılmasında vacib addımdır.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış etdi. O, keçirilən tədbirin əhəmiyyətindən danışdı və sağlamlıq imkanları məhdud gənclərə belə diqqət göstərilməsini alqışladı.
Tədbirdə iştirak edən Ombudsman Aparatının nümayəndəsi Müqalib Mahmudov və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova çıxış edərək bu tədbirin keçirilməsinə görə Muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirdi və iştirakçıları sərgi ilə tanış olmağa dəvət etdi.
Sonda sərgi iştirakçılarına Muzeyin rəhbərliyi və Bilik Fondu tərəfindən təşəkkürnamə və xüsusi hədiyyələr təqdim olundu. Tədbir bədii hissə ilə başa çatdı.
“Duyğularımın rəngi” adlı sərgi noyabr ayının 10-dək davam edəcək.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...