XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Noyabr, 2017
Muzeydə “İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış” mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur
“Rasional Cəmiyyət Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirmə tədbiri - seminar təşkil etmişdir. “İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış” adlı layihə çərçivəsində keçirilən seminarda Cəbrayıl rayonu K. Məmmədov adına Böyuk Mərcanlı orta məktəbi, 2 saylı Xocavənd tam orta məktəbi və Bakı şəhərinin 21 və 24 saylı orta məktəblərinin şagirdləri iştirak etmişdir. Qeyd edək ki, bu layihənin əsas məqsədi dövlətin siyasətini dəstəkləyərək, şagirdləri 2017-ci il “İslam Həmrəyliyi ili” üzrə fəaliyyət prosesinə cəlb etmək, bu fəaliyyəti işıqlandıraraq məktəblilər arasında genişləndirməkdir. Eyni zamanda şagirdləri bu mövzu üzrə maarifləndirərək müsəlman ölkələrinin tarixini, mədəniyətlərini öyrətməkdir. Habelə mövzu ətrafında diskussiyalara dəvət etmək, onlarda yaranan suallrı cavablandırmaq, islam dünyasında baş verən hadisələrə düzgün baxış yaratmaq, eyni zamanda tolerantlıq, qarşılıqlı əməkdaşlıq və bu kimi mövzularda maarifləndirməkdir. Layihə rəhbəri A.Haciyeva öz çıxışında belə bir vacib məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, eyni zamanda tədbirin Milli Azərbaycan Tarixi Muzeyində təşkilinə şərait yaradan Müzeyin rəhbərliyinə təşəkkürünü bildirib. Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov tədbirin iştirakçılarını salamlayaraq bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, şagirdlərin ölkədə həyata keçirilən mühüm dövlət proqramlarına cəlb olunmasını yüksək qiymətləndirmişdir. Seminar çərçivəsində məktəblilərin fikirləri dinlənilib, müzakirələr aparılıb, həmin mövzu üzrə nəşr olunmuş bukletlər paylanıb. Eyni zamanda şagirdlər layihə çərçivəsində elan olunan “İslam həmrəyliyi uşaqların gözü ilə” foto, rəsm və yazı müsabiqəsində iştirak etməyə dəvət olunublar. Tədbirin sonunda seminar iştirakçılarının hər birinə iştirak barədə sertifikatlar təqdim olunub.