XƏBƏRLƏR
10 Noyabr, 2017
Muzeydə növbəti açıq dərs keçirildi
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq məktəblilər və gənclər üçün açıq dərslər verirlər. Belə ki, növbəti açıq dərs Nərimanov rayonu, 200 saylı Məktəb Lisey Kompleksinin VI sinif şagirdləri ilə, Muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tərəfindən aparıldı. Tədbirin sonunda həmin məktəbin müəllim və şagirdlərinin çoxsaylı sualları N.Yusifova tərəfindən ətraflı cavablandırıldı.
Açıq dərs Muzeydə keçirilən “Duyğularımın rəngi” adlı sərgi əsasında təşkil edilmişdir. Sərgi Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gənc üzvlərinin əl işləri əsasında keçirilir. “Bizi duyun” layihəsi çərçivəsində aparılan açıq dərsin məqsədi, fiziki imkanları məhdud gənclərin duyğularının ifadəsi kimi əl işlərinin əyani olaraq sərgilənməsidir. Həmçinin, onların da cəmiyyətdə olan digər gənclər kimi eyni hüquqlara malik olmalarını göstərməkdir. Belə gənclərə dövlətin böyük qayğısı olmasına baxmayaraq, Milli Azərbaycan Tarixi Muzeyi də öz mənəvi köməyini əsirgəmir. Belə dərslər nəticəsində gənclərin Vətənə, təhsilə, müxtəlif peşələrə olan sevgisinin artacağı danılmazdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...