Milli Azərbaycan Tarixi Muzeyinin “”Azərbaycan tarixinin elmi ekspozisiyası” şöbəsinin əməkdaşı Əli Fərhadov “XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali Azərbaycanda islami maarifçilik və islahatçılıq hərəkatı (Mir Məhəmməd Kərim Mircəfər əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri əsasında)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı uğurla müdafiə etmişdir.
Elmi rəhbəri tarix üzrə elmlər doktoru İ.S.Bağırova olan dissertasiyanın rəsmi opponentləri tarix üzrə elmlər doktoru, professor A.H.Paşazadə, tarix üzrə fəlsəfə doktoru, dosent R.S.Hüseynli olmuşlar. Müdafiə AMEA A.A.Bakıxanov adına Tarixi İnstitutunun nəzdindəki Dissertasiya Şurasının iclasında keçirilmişdir.
Muzeyin bütün kollektivi adından Əli Fərhadovu təbrik edirik!
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.