XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Noyabr, 2017
Sağlamlıq imkanı məhdud gənclər Muzeyi ziyarət etmişlər
Milli Azərbaycan Tarixi Muzeyində məktəblilərə, xüsusilə sağlamlıq imkanı məhdud gənclərə xüsusu diqqət göstərilir, onlar üçün mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir. Belə ki, Muzeydə keçirilən “Duyğularımızın rəngi” adlı sərgini Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri ziyarət etmişlər. Gənclərə Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova Muzeyin ekspozisiyasında və H.Z.Tağıyevin xatirə muzeyində ekskursiya aparmış və onları maraqlandıran sualları ətraflı cavablandırmışdır. Gənclər onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirmişlər.