XƏBƏRLƏR
13 Noyabr, 2017
Muzeydə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş seminar keçirildi
Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq tələbələr üçün maarifləndirici seminarlar keçirilir. Növbəti belə tədbir 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə, həmçinin cənab prezident İ.Əliyevin 2017-ci ili İslam Həmrəyliyi elan etməsi və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı mövzusundakı müvafiq sərəncamlarına uyğun olaraq “Tolerantlıq və İslam həmrəyliyində Azərbaycan nümunəsi” mövzusunda təşkil edildi. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm ETL-nın birgə təşkilatçılığı ilə baş tutdu. Seminarda Muzeyin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “H.Z.Tağıyev və dini maarifçilikdə, tolerantlıqda rolu” mövzusunda, ADU Multikulturalizm ETL-nin elmi işçisi, f.ü.f.d. Rəşad İlyasov “Tolerantlıq və İslam həmrəyliyi” mövzularında mühazirə oxudular. Tədbirdə həmçinin Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Zərifə Dulayeva da “XIX-XX əsrlərdə Azərbaycanda beynəlmiləlçilik” mövzusunda çıxış etdi. Seminarda ADU-nun Təhsil və Tərcümə fakültələrinin tələbələri iştirak etdi.
Məruzələrdə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə, həmçinin cənab prezidentin müvafiq sərəncamlarına uyğun olaraq gənclər arasında tolerantlıq, multikulturalizm, islam həmrəyliyi və maarifçilik ideyalarını yaymağın əhəmiyyəti vurğulandı. Həmçinin Azərbaycanın tolerantlıq və islam həmrəyliyi sahəsində rolu və XX əsrin əvvəllərində Azərbaycanda dini maarifçiliyin yayılmasında görkəmli xeyriyyəçi H.Z.Tağıyevin fəaliyyəti haqqında məlumat verildi.
Tədbirin sonunda iştirakçıların sualları natiqlər tərəfindən cavablandırıldı.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...