XƏBƏRLƏR
17 Noyabr, 2017
Möhtəşəm 100 illiyə start verildi
Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə baş tutacaq 100 illik yubileyinin hazırlıq işlərinə başlanılıb. Hal-hazırda Muzeyin “Arxeoloji qızıl əşyaları” vitrinində reekspozisiya işləri görülür. Muzeyin Xüsusu fondunda qiymətli metalların xronologiyası, tarixi əhəmiyyəti araşdırılır və texniki işlər həyata keçirilir.
Azərbaycan xalqının yaratdığı zəngin, çoxşaxəli və təkrarsız mədəni dəyərlərin mühüm bir hissəsi qiymətli metalların payına düşür. Sənətkarlıq Azərbaycanın iqtisadi həyatında mühüm rol oynamış, yerli əhalinin məişətinə və mədəniyyətinə daxil olmuşdur. Bunu istər yazılı mənbələrdə, istərsə də arxeoloji qazıntılar nəticələrində görmək olar.
Xüsusi fondun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyovanın dediyinə görə, Muzeyin 100 illiyi ilə əlaqədar ekspozisiyanın zərgərlik məmulatı bölməsinin zənginləşdirilməsi nəzərdə tutulur. A.Rüstəmbəyova qeyd etdi ki, tamaşaçıların maraq dairəsini genişləndirmək üçün Muzeyə daxil olan yeni zinət əşyaları ilk dəfə nümayiş olunacaq. Bu baxımdan fondda olan materiallar arxeoloji tapıntı, dövrə görə yığılır və ekspozisiyada yerləşdiriləcək. Muzeyin bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən fondda olan qızıl əşyaların bərpa olunub və podiumda yerləşdirilməsi işləri görülür.
Ekspozisiyada nümayişi nəzərdə tutulan arxeoloji zinət əşyaları arasında e.ə. IV minllikdən başlamış, orta əsrlərə qədər dövrü əhatə edən sırğa, bilərzik qalıqları, üzük, sancaq və s. qiymətli metallar var. Onların ekspozisiyada nümayişi Muzeyin və tariximizin təbliği baxımından böyük əhəmiyyət daşıyır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...