XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Noyabr, 2017
Muzeydə yeni etnoqrafik material
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunun kolleksiyası davamlı olaraq zənginləşir. Bu yaxınlarda muzey yeni etnoqrafik material - kəşkül əldə etmişdir. XX əsrin birinci yarısına aid bu kəşkül Təbriz şəhərində xalq sənətkarları tərəfindən əl ilə hazırlanmışdır. Çini kəşkül rəngli mina və şirə ilə örtülmüşdür. Azərbaycanın mədəni irs nümunələri içərisində kəşkül mühüm sufi atributlarından biri sayılır. Əldə edilən bu kəşkül öz tədqiqatçılarını gözləyir.