XƏBƏRLƏR
20 Noyabr, 2017
“Tarix Muzeyi kolleksiyası”nın təqdimatı keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) fondlarında mühafizə olunan “Tarix Muzeyi kolleksiyası”nın təqdimatını keçirib.
MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları kolleksiyanı slayd və sərgi formatında təqdim ediblər. Bildirilib ki, 2015-ci ildə Mərkəzi Elmi Kitabxanaya AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 4598 nüsxə kitab göndərilib. 2050 nüsxə kitab kitabxana qaydalarına uyğun olaraq işlənilib və elektron kataloqa daxil edilib. Fransız dilində 955, alman dilində 837, rus dilində 508, ingilis dilində 184, qədim erməni dilində 881, şərq dillərində 80, latın dilində 4, yunan dilində 1, italyan dilində 2, polyak dilində 2, Azərbaycan dilində 11 kitab sistemləşdirilib. Kolleksiyada Azərbaycan tarixinə, ədəbiyyatına aid olan kitablar MEK-in lahiyəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib. Ən qədimi 1600-cü ilə aid latın dilində olan kitabdır. Qottfrid Mertsbaxer tərəfindən qələmə alınmış əsərdə müəllifin Qafqazın yüksək regionları ilə bağlı səyahət, təcrübə və müşahidələri toplanmışdır.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxana müdiri Faidə Abdullayeva çıxış edərək bildirdi ki, muzeyin kitabxanasında yeni texnologiyaların tətbiqi, istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması və istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması nəzərdə tutulur. F.Abdullayeva həmçinin kitabxanada mövcud problemlərdən bəhs etdi.
Sonra muzeyin Kitabxanasının əməkdaşı Fatma Qəniyeva muzeyin nadir kitablar fondunda qorunan əsərlərin biblioqrafik göstəricilərindən bəhs edib. O, gələcəkdə də bir sıra sənədlərin muzey tərəfindən Mərkəzi Elmi Kitabxanaya təqdim olunacağını söyləyib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova akademik Nailə Vəlixanlı başda olmaqla Milli Azərbaycan Tarixi Muzeyinin bütün kollektivinə seçilmiş və hədiyyə edilmiş kitablara görə təşəkkür etdi və MEK tərəfindən kolleksiyanın davamının gözlənildiyini bildirdi.
Sonda Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanaçısı Mina Əliyeva muzeyin nadir fondunda MEK-in oxucuları üçün maraq doğura biləcək xeyli sayda kitabların olduğunu və onların da MEK-ya təqdim edilməsi üçün hazırlandığını deyib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...