Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan xanlıqının iki rəngli bayrağı” adlı məqaləsi “Səs” qəzetində çap olunmuşdur.
Azərbaycanın xanlıqlar dövrünün dövlətçilik rəmzlərinin öyrənilməsi istiqamətində ardıcıl olaraq tədqiqat aparan P.Gözəlovun səyləri ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki bir sıra muzeylərində Azərbaycana aid olan bayraqların, o cümlədən Naxçıvan xanlığının bayrağının olması müyyən edilmişdir. Naxçıvan xanlığının iki bayrağı - dövlət və döyüş bayraqlarının hazırlanmış mulyajlarının Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində 16 noyabr 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə təqdimatı olmuşdur. Daha sonra P.Gözəlov tərəfindən xanklığın üçüncü bayrağı aşkarlanmışdır. Bu bayraq 1827-ci ildə general İ.Paskeviçin qoşunları tərəfindən götürülmüş və Sankt-Peterburqda "XVIII-XIX əsr müsəlman bayrağı" kimi saxlanılır.
Məqalədə xanlığın bayrağlarının axtarış prosesi, P.Gözəlovun əldə etdiyi nəticələr barəsində ətraflı məlumat verilir.
Məqalənin tam mətni ilə bu qəzetin saytında tanış olmaq olar:
http://sesqazeti.az/az/news/social/534122
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.