XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Noyabr, 2017
Muzeyin yeni incisi - antik qızıl sırğa
Maddi-mənəvi sərvətlərin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası antik qiymətli metallarla zənginləşir. Bu yaxınlarda Muzey yeni antik zərgərlik məmulatı əldə etmişdir. Şamaxı rayonu Dəmirçi kəndində arxeoloji qazıntılar zamanı qədim dövrlərə aid qızıl sırğa tapılmışdır. Arxeoloqlar səbət formalı “süleyman” daşlarla işlənmiş sırğanın II-IV əsrlərə aid olduğunu müəyyən etmişlər. Bu zinət əşyası qədim dövrlərdə zadəgan xanımlarına məxsus olmuşdur. Muzeyin dəyərli inciləri sırasına daxil olan antik qızıl eksponat milli etnoqrafiyamızın tədqiqi baxımından böyük əhəmiyyətə malikdir və Xüsusi fonda təhvil verilmişdir.