XƏBƏRLƏR
23 Noyabr, 2017
Milli Azərbaycan Tarixi Muzeyində “Adın qürurumuzdur, Milli Qəhrəman” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinova həsr olunmuş “Adın qürurumuzdur, Milli Qəhrəman” adlı tədbir keçirilib. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi və Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun xatirəsinə həsr olunmuşdur. Anım tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı çərçivəsində “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” “Dövlət Proqramı”na əsasən gənclərdə azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə keçirilmişdir.
Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, hərbi hissənin nümayəndələri, tarixçilər, Milli Qəhrəman R.Nəsrəddinovun ailəsi və döyüş yoldaşları, 39 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın azadlıq və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimini giriş sözü ilə Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin direktoru Tahirə Şükürova açaraq bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən həmişə belə maarifləndirici tədbirlər həyata keçirilir. O, bildirib ki, Muzey tariximizin qanlı səhifələrini, milli qəhrəmanlarımızı tanıtmaq, ictimaiyyətə çatdırmaq işində çox fəal iştirak edir və buna görə Muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirib. T.Şükürova çıxışında qeyd edib ki, milli qəhrəmanları tanıdıb təbliğ eləmək, gələcək nəsillərə ötürmək də bizim öhdəmizə düşür ki, gənc nəslin mübarizə əzmi daha da qüvvətlənsin.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək gələn qonaqları salamladı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini yad edərək bildirdi ki, Azərbacan xalqı öz milli qəhrəmanlarını unutmamalıdır. Bu baxımdan Muzeydə keçirilən belə tədbirlər gənc nəslin maarifləndirilməsində böyük əhəmiyyətə malikdir.
R.Nəsrəddinovun xidmət etdiyi hərbi hissənin zabiti, istefada olan polkovnik Çingiz Əliyev də çıxış edərək R.Nəsrəddinovun keçdiyi döyüş yolundan və qəhrəmanlığından bəhs etdi.
Rafiq Hüseyn oğlu Nəsrəddinov 1961-ci il martın 18-də Bakı şəhərində anadan olub. O, 1992-ci ildə zabit kimi Milli Orduda xidmətə başlayıb, tank hərbi hissəsinin qərargah rəisi olub, Ağdərə rayonu istiqamətində bir sıra döyüşlərdə rəşadətlə vuruşub. 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndi yaxınlığındakı döyüşdə son nəfəsinədək döyüşüb, qəhrəmanlıqla həlak olub. Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu Nərimanov rayonu 39 saylı məktəbə onun adı verilib. Məktəbdə büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.
Tədbirdə həmçinin Milli Qəhrəman R.Nəsrəddinova həsr olunan filmin nümayişi oldu.
Sonra tədbir iştirakçıları və qəhrəmanın ailə üzvləri Milli Qəhrəman R.Nəsrəddinovun keçdiyi döyüş yolundan, şücaətindən danışaraq onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində R.Nəsrəddinovun şəxsi əşyaları nümayiş olunur.
Tədbir bədii hissə ilə başa çatıb.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...