XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Noyabr, 2017
Tarixçi alim Fərhad Cabbarovun yeni monoqrafiyası çapa hazırlanıb
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Vətən tarixinin tədqiqi sahəsində daim yeni araşdırmalara imza atırlar. Belə ki, Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov bu mövzuda AZƏRTAC-a müsahibə vermişdir. Tarixçi alim Rusiyanın və Gürcüstanın arxiv və kitabxanalarında XX əsrin əvvəllərindəki erməni-azərbaycanlı münaqişəsinə dair araşdırmalar aparıb, əhəmiyyətli elmi faktlar və mənbələr əldə edib. AZƏRTAC-a müsahibəsində t.ü.f.d. Fərhad Cabbarov bildirib ki, Rusiyanın və Gürcüstanın arxiv və kitabxanalarında XX əsrin əvvəllərində, xüsusilə 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişəsi haqqında olduqca önəmli materiallar qorunub saxlanılır. “Həmin arxiv və kitabxanalardan əldə etdiyim çoxlu elmi mənbələr və əvvəllər apardığım tədqiqatlar əsasında “Cənubi Qafqazda erməni ekstremizmi: XIX əsrin II yarısı – XX əsrin əvvəlləri” adlı monoqrafiya yazıb çapa hazırlamışam”, - deyə alim bildirib. Yaxın günlərdə nəşr olunacaq kitabın elmi redaktoru - Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Muzey kollektivi adından t.ü.f.d. F.Cabbarovu təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.