XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Noyabr, 2017
Muzeydə Elmi Şuranın növbəti iclası keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Elmi Şuranın növbəti iclası keçirilib. Tədbirdə gündəlikdə düran məsələlər - Muzeyin 2017-ci ilə həsr olunmuş illik hesabatının ilkin müzakirəsi olub və dissertantların hesabatı dinlənilib. İlk olaraq Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Nərgiz Əliyevanı anadan olmasının 65 illik yubileyi münasibətilə şura üzvləri və kollektiv adından təbrik edib. Sonra N.Vəlixanlı çıxışına davam edərək müəssisənin elmi nailiyyətlərindən danışdı və şura üzvlərinə bəzi məsləhətlər verdi. Muzeyin elmi katibi, t.ü.f.d Fərhad Cabbarov da çıxış edərək iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etdi. O, Muzeyin illik hesabatını şura üzvlərinin nəzərinə çatdırdı. Cari ildə Muzeyin fəaliyyətindəki problemlər, nəzərdə tutulan bəzi məsələlər müzakirə olundu və şura üzvləri tərəfindən bəzi təkliflər irəli sürüldü. Sonra Muzeyin dissertantlarının illik hesabatları dinlənildi və dissertasiya mövzularının geniş müzakirəsi aparıldı. İclasın sonunda təşkilati, texniki məsələlər bir daha iclas iştirakçılarının nəzərinə çatdırıldı və bir sıra kadr məsələlərinə baxıldı.